Avstraliyanın səhiyyə naziri Syuzan Li dövlət vəsaitinin məqsədsiz şəkildə xərcləməyə dair ittihamlar fonunda istefa verib.
Oxu.Az bu barədə ABC telekanalına istinadən xəbər verir.
Qalmaqal nazirin möhtəşəm Qold-Kost kurortuna səfəri ilə yaranıb. Belə ki, səfər vergi ödəyicilərin pulları əsasında yaradılan fondun vəsaitindən ödənilib. Belə səfərlərdən biri zamanı o, 800 min dollar dəyərində olan lüks apartment alıb. Məmur bəraət qismində mənzili “impulsiv” olaraq aldığını bildirib.
“Avstraliyalılar siyasətçilərin vergi ödəyicilərin pullarını daha səmərəli istiqamətdə xərcləyəcəklərini gözləmək haqları var”, - Linin istefasını qəbul edən baş nazir Malkolm Ternbul bildirib.
Qeyd edilir ki, Səhiyyə Nazirliyinin rəhbərinin dəyişdirilməsi 2015-ci ildə hakimiyyətə gəlmiş baş nazirin kabinetində ilk kadr dəyişikliyidir.
N.O.
www.oxu.az