Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbinin direktoru Budaqov Fikrət Vəli oğluna aparılan yoxlamalar əsasında töhmət verilib.
Oxu.Az-a bu barədə idarədən bildirilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin əmrinə əsasən, məktəbin tədris işləri üzrə direktor müavini Baxşıyev Ayat Müslüm oğlu isə fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkar edilməsi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində tutduğu vəzifədən azad olunub.
Aytən Sadıqzadə
www.oxu.az