Səudiyyə Ərəbistanında qadın sürücüləri yandırmaqla hədələyən şəxs həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.
“Allaha and olsun, avtomobili xarab olaq qadın görsəm, nəqliyyat vasitəsini və onun özünü yandıracam”, - adı açıqlanmayan vətəndaşın internetdə yerləşdirdiyi videomüraciətdə deyilir.
Qeyd olunur ki, 20 yaşlı gənc Əş-Şarkiyə administrativ dairəsinin qubernatorunun göstərişi ilə saxlanılıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında qəbul edilən qərara əsasən, qadınlar 2018-ci ilin iyun ayından etibarən avtomobil sürə biləcəklər.
S.B.
www.oxu.az