Azərbaycanın sərbəst güləş üzrə yığması, dünya kubokunun bürünc medalını qazandıqları Kermanşahdan (İran) Bakıya qayıdıb.
Oxu.Az Haqqin.az-ı istinadən xəbər verir ki, qayıtdıqdan sonra komandanın baş məşqçisi Firdovsi Umudov Azərbaycan bayrağı ilə məsələni şərh edib. Xatırladaq ki, təşkilatçılar Rusiya ilə matçdan öncə arenaya qəribə bayraq çıxarıblar, bayraqda səkkizguşəli ulduz və aypara ortada deyil solda idi, bundan başqa bayrağın üzərində iki ağ zolaq olub. Azərbaycanın güləş üzrə Federasiyası nümayəndələri təşkilatçılara irad bildiriblər və hətta hoteldən əsl Azərbaycan bayrağını da gətiriblər.
“Bayraq bizim üçün əsas atributdur, - Firdovsi Umudov deyib, - Bu bayraq üçün bizim əcdadlarımız, şəhidlərimiz qan töküblər. Bayrağımızı sevməli və müdafiə etməliyik. Dövlətimizə və bayrağımıza qarşı hörmətsizlik edən varsa, etiraz etməliyik. Dünya kubokunun birinci matçından öncə, təşkilatçılar səhv ediblər. Biz bu barədə bəyan etmişik. əgər növbəti matçda onlar yenidən bu bayrağı çıxarsalar biz çıxışdan imtina edəcəyimizi bildirdik. Hər ehtimala qarşı Azərbaycandan gətirdiyimiz bayrağı zala gətirib təşkilatçılara təqdim etdik.
Bu gün biz sübut etdik ki, heç kimin bizim dövlətə yuxarıdan aşağıya baxma haqqı yoxdur”.
N.О.
www.oxu.az