Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bahalı şəhərin sakinləri nə üçün gəmilərdə yaşayırlar? - Oralar necədir?
"Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 4 374 kilometr uzaqda yerləşən, 1922-ci ildə müstəqilliyini elan edən İrlandiyanın paytaxtı Dublin şəhərindən bəhs olunub. Dublin dünyanın ən bahalı şəhərlərindəndir.
Bu şəhərdə kirayə ev üçün ödəniləcək minimum məbləğ 1 000 avro, bizim pulla 1 787 manatdır. Amma bu məbləği ödəmək üçün kirayənişinlərlə birlikdə qalmaq lazımdır. Evdə tək yaşamaq istəyənlər isə 2 500-4 000 avro ödəməlidirlər. Bu isə 4 469-7 151 manat civarındadır. Dublində yaxşı səmtdə 2 otaqlı evlərin qiyməti 400 min avro, yəni 715 152 manatdır.
Dublin əhalisi evlərin və kirayə qiymətlərinin baha olmasına görə alternativ seçim tapıblar. Belə ki, bu şəhər İrland dənizi körfəzində yerləşir və buradan Liffey çayı axır. İnsanlar alternativ yaşayış yeri kimi gəmilərdən istifadə edirlər. Burada yükdaşıyan gəmiləri ev kimi döşəyib yaşayanlar az deyil. Elektrik enerjisini isə günəş batareyalarından alırlar.
Sözügedən yaşayış yerinin qiyməti isə 10 min avrodan 250 min avroya qədər ola bilir. Bu bizim pulla 17 878-446 970 manat civarındadır. Burada nikah elə də vacib hesab olunmur. İllərlə birlikdə yaşayan, övladları olan cütlüklər belə münasibətlərini rəsmiləşdirməyə tələsmirlər. Dublində 15 il birlikdə yaşayıb nikah bağlamayan insanlar var.
Boşanmaq üçün isə üç il tamamilə ayrı yaşamaq lazımdır və məhkəməyə bununla bağlı dəlillər təqdim olunmalıdır. Maraqlıdır ki, Dublində evlər və kirayə çox baha olduğuna görə cütlüklər artıq münasibətdə olmasalar da, bir evdə yaşamağa davam edir, sadəcə çarpayılarını ayırırlar. Belə olduqda isə rəsmi boşanmaq mümkün olmur. Elə bu səbəbdən də irlandiyalılar çox zaman nikaha daxil olmadan uzun müddət birlikdə yaşayırlar.
Ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Beynəlxalq miqyasda diasporumuzun mövqeyi necədir?
- Xronika: "Qərbi Azərbaycanda qışa hazırlıq adətləri və mərasimləri"
- Vergi ödəməyən sahibkarlar cərimələnəcəklər
- Suriyada xəritə dəyişir: Neçə yeni dövlət yaranacaq?
- Gürcüstanda növbəti dəfə rəngli inqilaba cəhd göstərilir - Xəbərlərin 20:00 buraxılışı
Rəylər