Banqladeşin cənubi-qərbində avtobusun yük maşını ilə toqquşması nəticəsində ən azı 13 nəfər ölüb, onlarla insan müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki. bu barədə polisə istinadən “Bangladesh News” portalı məlumat yayıb.
Qəza Bhanqa yaşayış məntəqəsindən 12 km aralıda baş verib, avtobus ilə toqquşan yük maşınında qaz balonları olub. Toqquşma nəticəsində hər iki nəqliyyat vasitəsi alışıb.
Şahidlərin sözlərinə görə, avtobus sürücüsü idarəetməni itirib və yük maşınına çırpılıb. Hadisə nəticəsində qaz balonları yük yerindən düşüb, bu isə alışmaya səbəb olub.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, vatobusun 12 sərnişini və yük maşınının sürücüsü ölüb. Portalın məlumatına görə, bəzi sərnişinlər hələ də avtobusdan çıxarılmayıblar.
N.O.
www.oxu.az