Cənubi Koreya KİV “Sevol” bərəsinin suya qərq olmasının son dəqiqlərinin çəkildiyi həvəskar videoçarxı yayıblar.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, çəkiliş bərənin göyərtəsində olan və həlak olan məktəblilərdən birinə məxsusdur. Kadrları jurnalistlərə yeniyetmənin atası təqdim edib.
Bu video bərənin kayutasında çəkilib. Əvvəlcə gənclər baş verənləri ciddi qəbul etmirlər. Hətta istehzalı “Su içəri girsə, gülməli olacaq”, “Bəlkə anama zəng edib “Ana, bu mənim son sözlərimdir” deyim?” kimi replikalar eşidilir.
Bir müddət sonra məktəblilər baş verənlərin bütün dəhşətini anlayırlar və valideynlərinə öz sevgilərini etiraf etməyə başlayırlar. Eləcə də yeniyetmələrə kayutalarını tərk etməmək barədə əmr verən kapitanın da səsi eşidilir.
“Sevol” sərnişin bərəsi aprel ayının 16-da Cənubi Koreyanın qərb sahilində qəzaya uğrayıb. Hal-hazırda qurbanlarının sayı 188 nəfərə çatıb, 114 nəfərin taleyi haqqında heç bir xəbər yoxdur.
Bərənin bütün heyəti həbs edilib. Bərənin kapitanı sərnişin adı ilə oranı tərk edib.
Bərənin batması iqtisadi böhrana da yol açdı. Cənubi Koreyanın baş naziri Çon Xon Von istefa verməli oldu. O, qəza qurbanlarının ailələri ilə ünsiyyət qurduğuna görə tənqid atəşinə tutulub. Siyasətçi başqasının dərdini özü üçün piar qismində istifadə etməkdə ittiham edilib.