Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi polis əməkdaşlarına rüşvət verməkdə ittiham olunan "Baza" "Telegram" kanalının prodüseri Tatyana Lukyanovanı iki ay müddətinə, sentyabrın 20-dək həbs edib. "Baza"nın baş redaktoru Qleb Trifonov isə daha əvvəl eyni iş üzrə həbs olunub.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin əməkdaşlarından xidməti məlumatları satın alıblar və daha sonra "Telegram" kanalında dərc ediblər.
Nəşrin məlumatına görə, rüşvətlərin məbləği təxminən 100 min rubl (təxminən 2 170 manat) təşkil edib. Krasnodar, Krasnoyarsk və Belqoroddan olan hüquq-mühafizə orqanlarının əməkdaşları rüşvət almaqda ittiham olunublar.
Onlar Moskvaya gətiriliblər. Lakin bu iş üzrə saxlanılan polis əməkdaşları media orqanının jurnalistlərindən məlumat üçün pul aldıqlarını təsdiqləməyiblər.
Moskvanın Zamoskvoretsk Rayon Məhkəməsi "Baza" "Telegram" kanalının baş redaktoru Qleb Trifonovu iki ay müddətinə - sentyabrın 20-dək həbs edib.
Oxu.Az bu barədə "Kommersant" nəşrinə istinadla xəbər verir.
Qeyd olunur ki, o, bir qrup şəxsə rüşvət verməkdə ittiham olunur. İstintaqın versiyasına əsasən, Trifonov polis əməkdaşlarından xidməti məlumatları pul müqabilində əldə edib və həmin məlumatları sonradan "Telegram" kanalında yayımlayıb.
Oxşar ittiham prodüser Tatyana Lukyanovaya qarşı da irəli sürülüb. Məlumata görə, verilən rüşvətin ümumi məbləği təxminən 100 min rubl (təqribən 2 170 manat) təşkil edib. Bildirilir ki, jurnalistlər özlərini təqsirli hesab etmirlər.
Rüşvət işi ilə bağlı Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar, Krasnoyarsk və Belqorod vilayətlərindən olan bir neçə əməkdaşı da saxlanılıb.
Rusiya İstintaq Komitəsinin əməkdaşları "Baza"nın baş redaktoru Qleb Trifonova qarşı bir qrup şəxsə külli miqdarda rüşvət verilməsi ilə bağlı ittiham irəli sürüblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
Mənbənin sözlərinə görə, "Baza"nın prodüseri Tatyana Lukyanovaya qarşı da oxşar ittiham irəli sürülüb.
"Onların hər ikisi bu cinayətdə təqsirli olduğunu boynuna almır", - deyə mənbə qeyd edib.
Trifonovun vəkili Aleksey Mixalçik jurnalistə qarşı ittiham irəli sürülməsi faktını təsdiqləyib.
İstintaq Komitəsi hesab edir ki, Trifonovun Krasnodar, Krasnoyarsk diyarı və Belqorod vilayətinin polis əməkdaşlarına məlumat müqabilində rüşvət verilməsində əli var.
"Onlar internet mesencerlər vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarından fövqəladə vəziyyət və onun nəticələri barədə məlumat alıblar, sonra isə pulu köçürüblər", - deyə mənbə bildirib.
Qleb Trifonovun Rusiya regionlarından polis əməkdaşlarına rüşvət verməsi ilə bağlı işdə 100 min rubl (2 000 manatdan çox) məbləğ olduğu deyilir.
"Trifonov və onun həmkarı Tatyana Lukyanovanın işində 100 min rubldan çox olmayan məbləğlər var. Əksər hallarda bu, 20-30 mindir ki, məlumat və ya videomateriallara görə birdəfəlik mükafat kimi ödənilib", - deyə mənbə əlavə edib.
Xatırladaq ki, ötən gün Rusiya İstintaq Komitəsi "Baza" "Telegram" kanalının baş redaktoru və həmkarının Moskvada rüşvət verilməsi ilə bağlı saxlanıldığı barədə məlumat yayıb. Nəşrin redaksiyasında və Trifonovun mənzilində axtarışlar aparılıb, axtarış zamanı sənədlər və elektron daşıyıcılar aşkarlanaraq müsadirə edilib.