ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı terrorçulara hədiyyədir.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş deyib.
"Trampın Qüdslə bağlı qəbul etdiyi bu kimi qərarlara terrorçulara hədiyyə kimi baxmaq olar", — deyə "Al Arabiya" telekanalı onun sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, ekstremistlər bu əməldən "öz nifrət səslərini ucaltmaq və terror aksiyalarını gücləndirmək" üçün istifadə edə bilərlər.
N.O.