“Formula-1 “Twitter” səhifəsində 2017-ci ilin ən yaxşı ötmə əməliyyatının videosunu paylaşıb.
Oxu.Az-ın xəbərinə görə, ötmə manevri Azərbaycan Qran-prisində “Red Bull” komandasının pilotu Daniel Rikkardo tərəfindən icra edilib.
Avstraliyalı pilot bir manevrlə üç rəqibini - Lensa Stroll, Niko Xülkenberq və Felipe Massanı - ötməyə nail olub. Ötmə əməliyyatından sonra Daniel Rikkardo qələbə qazanıb.
D.Rikkardo ümumi hesabda 2017-ci il mövsümünü 200 balla beşinci yerdə başa vurub.
S.B.
www.oxu.az