Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Belarusun Ermənistandakı səfirliyi yumurta və pomidor atəşinə tutulub
Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib, iştirakçılar diplomatik korpusun yerləşdiyi binanı yumurta və pomidor atəşinə tutublar.
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaya səbəb Belarus Prezidenti Aleksandr Lukaşenkonun ötən gün ermənilərlə bağlı səsləndirdiyi fikirlər olub.
"Ermənistan Xarici İşlər Nazirliyi Belarusun Ermənistandakı səfirini dərhal çağırmalı, əsassız bəyanatlara etiraz etməli və onu Minskə qaytarmalıdır", - deyə aksiyada iştirak edən siyasi fəal, Respublika Naminə Partiyasının sədri Armen Babacanyan vurğulayıb.
Sonda aksiyada iştirak edən bir neçə partiya fəalı birgə bəyanatla çıxış edib. Bəyanatda Belarusla diplomatik münasibətlərin kəsilməsi və Belarus səfirinin Ermənistanda arzuolunmaz şəxs elan edilməsi tələb olunub.
Rəylər