Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cennifer Lopesdən evliliklərinin ildönümündə Ben Affleklə bağlı addım: Məhkəməyə müraciət etdi
Cennifer Lopes evliliklərinin ildönümündə (20 avqust) Ben Afflekdən boşanmaq üçün ərizə verib.
Bu barədə Oxu.Az TMZ-yə istinadən xəbər verir.
Mənbələr də xəbəri təsdiqləyib. Boşanma üçün rəsmi tarix isə 26 apreldir.
Məlumata görə, cütlüyün nikah müqaviləsi olmayıb. İndi onlar 2 il ərzində əldə etdikləri əmlakı və gəliri yarıya bölməli olacaqlar. Sənədlərə görə, Lopes həyat yoldaşının dəstəyindən imtina edib və hakimdən eyni şeyi Afflek üçün tətbiq etməyi istəyib.
Xatırladaq ki, Ben Afflek və Cennifer Lopes 2001-ci ildə qanqster cütlüyünü canlandırdıqları "Cilyi" ("Gigli") komediyasının çəkilişləri zamanı tanış olublar. 2002-ci ildə nişanlandıqlarını bəyan edən cütlük 2003-cü ilin payızında toya bir gün qalmış ayrılıblar. 2022-ci ilin yazında, ayrılıqdan 20 il sonra onlar yenidən görüşməyə başlayıblar. 17 iyul 2022-ci ildə isə Lopes və Afflekin Las-Veqasda evləndikləri məlum olub. Bir ay sonra onlar ABŞ-nin Corciya ştatında ikinci dəfə toy mərasimi təşkil ediblər.
2024-cü ildə ulduz cütlüyün boşanacağı ilə bağlı söz-söhbətlər yayılıb. İyulun əvvəlində onlar Beverli-Hillsdəki malikanələrini 68 milyon dollara satışa çıxarıblar. Evdə 12 yataq otağı və 24 vanna otağı var, həmçinin saç və manikür salonları, ev kinoteatrı, şərab zirzəmisi, sauna, masaj kabineti və ətrafdakı təpələrə mənzərəli V formalı hovuz var. İyulda məlum olub ki, Ben Afflek Los-Ancelesdə 20.5 milyon dollara digər bir mülk alıb.
Artıq avqustun 1-də Cennifer Lopes və Ben Afflekin boşanmaq üçün sənədlərini hazırladıqları xəbəri yayılmışdı.
Avqustun 13-də Lopes aktyorun doğum günü ərəfəsində Ben Affleki və uşaqlarını Los-Ancelesdəki evində ziyarət edib. Həmin vaxt cütlük bir neçə həftə idi ki, bir-birini görmürmüş. Yay mövsümünün çox hissəsini Lopes və Afflek ayrılıqda keçiriblər. Keçmiş əri Mark Entonidən 16 yaşlı Maks və Emmi adlı əkizləri olan Lopes dərs ili başlamazdan əvvəl Afflekin uşaqları ilə vaxt keçirmək istəyib. Mənbənin sözlərinə görə, Lopes həmişə Afflekin uşaqlarının qayğısına qalıb və hətta aylarla onlar üçün mükəmməl ev axtarıb.
Qeyd edək ki, daha əvvəl iki ulduzun başqa münasibətləri olub: Lopes 2004-cü ildə müğənni Mark Entoni ilə, Afflek isə 2005-ci ildə aktrisa Cennifer Qarnerlə evlənib.
Lopes 2011-ci ildə Entonidən ayrılıb, Afflek və Qarner isə 2015-ci ildə boşandıqlarını elan ediblər.
"Cennifer Lopes" teqi üzrə xəbərlər
- Ben Afflek Cennifer Lopeslə birgə görüntülənib
- Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?
- Cennifer Lopes Ben Affleklə ayrılıqdan sonra başqa kişi ilə görüntüləndi
- Cennifer Lopes Ben Affleklə boşanandan sonra əməliyyat etdirdi
- Cennifer Lopes ilk dəfə Ben Affleklə ayrılığını şərh etdi
Rəylər