ABŞ-ın Vaşinqton ştatının Berlinqton şəhərindəki “Cascade Mall” ticarət mərkəzində 5 nəfərin ölümünə səbəb olan şəxs saxlanılıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, polis həmin şəxsin Türkiyə əsilli 20 yaşlı Arcan Çetin olduğunu açıqlayıb.
Şübhəli şəxs sentyabrın 25-də, yerli vaxtla saat 19:00-da saxlanılıb.
Qeyd edək ki, Vaşinqton ABŞ-da edam cəzasının qüvvədə olduğu ştatlardan biridir. Beş nəfəri öldürən A.Çetin barədə edam qərarı veriləcəyi gözlənilir.
S.B.
www.oxu.az