BMT Təhlükəsizlik Şurası bu gün Bakı vaxtı ilə 19.00-da Suriyanın Hələb şəhərindəki vəziyyətlə bağlı təcili iclas keçirəcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, BMT TŞ-nin iclası Böyük Britaniya, Fransa və ABŞ-ın təşəbbüsü ilə çağırılıb.
BMT TŞ-nin təcili iclası Hələbdəki hərbi əməliyyatla əlaqədar çağırılır.
Qeyd edək ki, bundan əvvəl Suriya ordusunun komandanlığı İŞİD-in nəzarətində olan Hələb şəhərinin azadetmə əməliyyatına başlandığını elan edib.
A.M.