Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
BMT-nin baş katibi Vyana görüşünü təqdir etdi
BMT baş katibi Antoniu Quterreş ATƏT-in Minsk qrupunun xətti ilə martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ilk görüşü alqışlayıb.
Oxu.Az-ın məlumatına görə, bu haqda BMT-nin rəsmi saytında məlumat dərc olunub.
“BMT baş katibi hər iki ölkə liderinin vurğuladığı məsələləri – sülh üçün əlverişli şəraitin yaradılması və uğurlu danışıqlar üçün növbəti addımları təqdir edib.
O həmçinin, liderlərin atəşkəs rejiminə davamlı şəkildə riayət olunmasını, məsələlərin humanitar şəkildə nizamlanmasını, həmçinin münaqişənin dinc yolla həlli üçün dialoqun davam etdirilməsini dəstəkləmələrini alqışlayıb”, - deyə məlumatda qeyd olunur.
BMT baş katibi Minsk qrupunun vasitəçilik səylərini yüksək qiymətləndirib və BMT-nin gələcək səyləri tam olaraq dəstəklədiyini vurğulayıb.
Rəylər