Egey dənizində 4,8 bal gücündə zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat verib.
Məlumata görə, zəlzələnin dərinliyi 7 kilometr olaraq ölçülüb.
Zəlzələyə ən yaxın yaşayış məntəqəsi 124,39 kilometr uzaqlıqdakı Muğlanın Bodrum mahalı olub.