Böyük Britaniyada 101 yaşını qeyd edən qadın uzunömürlülüyünün sirrini açıqlayıb.
Oxu.Az "Harrogate Advertiser" nəşrinə istinadən xəbər verir ki, Coys Linas adlı qadın gənc yaşlarında fermada atasına kömək edib, daha sonra ayaqqabı fabrikində işləyib. Sonralar o, oyuncaq fabrikində usta olub və təqaüdə çıxana qədər həmin müəssisədə çalışıb.
Qadın hər gün bir stəkan limonad içdiyi üçün bu qədər uzun yaşadığını bildirir.
"Anamın evdə hazırladığı limonadın dadı hələ də yadımdadır. O vaxtdan bəri hər gün bu içkidən bir stəkan içirəm. Şəffaf limonadlara üstünlük verirəm", - deyə britaniyalı qadın bildirib.
Linasın 102-ci ad günündə hava şarında gəzintiyə çıxmağı planlaşdırdığını da açıqlayıb.