Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Ukraynaya səfəri ərəfəsində koronavirus testi müsbət çıxıb.
Bu barədə nazir “Twitter” səhifəsində yazıb.
Trass bildirib ki, artıq özünü təcrid edib, karantin müddətində evdən işləyəcək.
Qeyd edək ki, XİN başçısı çərşənbə axşamı baş nazir Boris Consonla birlikdə Ukraynaya səfər etməli idi.
Xatırladaq ki, bazar ertəsi Liz Trass, Boris Conson və Nazirlər Kabinetinin üzvləri ilə birlikdə parlamentdə dinləmələrdə olub. Bundan əlavə, o, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.
I tested positive for Covid this evening.
— Liz Truss (@trussliz) January 31, 2022
Thankfully I’ve had my three jabs and will be working from home while I isolate.