Böyük Britaniyanın Nəqliyyat Polisi krallığın cənub-şərqindəki Şərqi Sasseks qraflığında yerləşən Lyuis dəmir yolu stansiyası yaxınlığında sərnişin qatarının relsdən çıxdığını bildirib.
Oxu.Az bu barədə "Sky News"a istinadən xəbər verir.
Məlumata görə, saat 16:00-dan bir qədər əvvəl (Bakı vaxtı ilə 19:00 - red.) Heyvards-Hit və Lyuis arasında hərəkət edən qatarın ən azı iki vaqonu aşıb və relsdən çıxıb.
Aşan vaqonlarda 40-a yaxın sərnişinin təcrid olunmuş vəziyyətdə qala biləcəyi bildirilir.
Lyuis vasitəsilə qatarların hərəkəti xüsusi sərəncamadək dayandırılıb.