Brüsselin mərkəzi vağzalında hərbi qulluqçu üzərində “şəhid kəməri” olan naməlum şəxsi güllələyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Belçika KİV məlumat yayıb.
Məlumata görə, mərkəzi vağzalın kassalarının yaxınlığında partlayış səsi eşidilib, bundan əlavə, naməlum şəxs insanlara atəş açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər ki, hazırda vağzalda vəziyyət nəzarət altındadır.
S.B.
www.oxu.az