İranın İŞİD-in Suriyadakı mövqelərinə raket zərbələri endirməsi nəticəsində azı 65 terrorçu məhv edilib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun bəyanatında deyilir.
Məlumata görə, İŞİD-in Deyr ez Zor əyalətindəki bazalarına zərbələr ortamənzilli ballistik raketlərlə endirilib. Ümumilikdə altı raket atılıb.
Tehran zərbələr rəsmi Dəməşqlə razılaşdırıb.
A.S.
www.oxu.az