Cammu və Kəşmirdə güclü yağışın səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.
Qurbanların əksəriyyəti bölgədəki hindli ziyarətgahlarını ziyarət edən zəvvarlar olub. Onlardan ən azı 34-ü Adhkunvari bölgəsindəki sürüşmə nəticəsində ölüb, qalanları isə dağlıq Doda sektorunda daşqınların qurbanı olub.
Yüzlərlə sakin təbii fəlakət bölgələrindən təxliyə edilib.
Məlumata görə, Cammu və Kəşmirə bir gündə 380 mm yağıntı düşüb ki, bu da 1910-cu ildən bəri ən yüksək gündəlik yağıntı göstəricisidir.