Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

CAR-da pinqvinlər üçün xilas planı hazırlandı
Pretoriyanın Ali Məhkəməsi bu həftə Cənubi Afrika Respublikasının (CAR) qərb sahillərində nəsli kəsilmək təhlükəsi ilə üzləşən Afrika pinqvinlərinin qorunması məqsədilə altı zonada 10 il müddətinə sənaye balıq ovunu qadağan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qərar CAR-da ətraf mühit təşkilatları ilə balıq ovu şirkətləri arasında əldə edilən kompromisin nəticəsidir və məhkəmə tərəfindən təsdiq edilib.
Qeyd edək ki, CAR-ın qeyri-hökumət ətraf mühit təşkilatı "BirdLife South Africa" bir il əvvəl pinqvinlərin qorunması məqsədilə məhkəmə iddiası qaldırıb.
Nəticədə Afrika pinqvinlərinin ən böyük yuvaqurma yerləri ətrafında altı zonada kommersiya balıq ovu və dəniz məhsulları ovu qadağan edilib. Bu ərazilər Dassen, Robben, Stouni-Poynt, Dyer, Sent-Krua və Berd adalarıdır. Bu ərazilərdən bəzisi paytaxt Keyptaun yaxınlığında yerləşir.