Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhəri təbii fəlakətlə üzləşib.
TASS xəbər verir ki, dağətəyi ərazilərdə başlayan yanğın artıq şəhərə çatıb.
Yanğın şəhərin bir sıra yaşayış məhəllərini, eləcə də Universiteti öz cənginə alıb.
Təbii fəlakət səbəbilə şəhər sakinlərinin təxliyəsinə başlanılıb.
Hadisə yerində 300 yanğınsöndürən, çoxsaylı xüsusi texnika və dörd ədəd helikopter çalışır.
🔴 INFO - #AfriqueDuSud : Terrible #incendie de la bibliothèque de l'Université de Cape Town, en Afrique du Sud, une des plus importantes du continent. #CapeTown pic.twitter.com/lGbgr8EPha
— FranceNews24 (@FranceNews24) April 19, 2021