Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmentinin elan edilməsi ilə əlaqədar ölkənin iqtidar partiyası “Senuri”də parçalanma baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Onun məlumatına görə, partiyanın impiçmentə səs verən hissəsi yeni partiya yaradacaq. O, “Yeni mühafzəkar islahatlar partiyası” adını alacaq. Yeni siyasi partiyanın yaradılması rəsmi olaraq yanvarın 20-də elan ediləcək.
Daha öncə Cənubi Koreyanın iqtidar partiyasının rəhbərliyinin liderinin ardınca istefa verəcəyinə dair məlumat yayılmışdı.
N.O.
www.oxu.az