Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-Yeol seçkilərdə qalib gəlib.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-Myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-Yeola, 47,8%-i Li Jae-Myunqa səs verib.