Çinin Kinqdao şəhərində dünən koronavirusa üç asimptomatik yoluxma qeydə alındıqdan sonra ikinci dalğa təhlükəsi narahatlığı yaranıb.
“Haber Global” məlumat verir ki, bundan sonra həmin şəxslərin təmasda olduğu 377 nəfər testdən keçirilib.
Onların 9-da koronavirus aşkarlanıb. Yoluxanların 3-də virusun əlamətləri olmayıb.
Ümumilikdə 6-sı simptomsuz olan 12 koronaviruslu xəstənin müəyyən edilməsindən sonra bütün şəhər sakinlərinin testdən keçməsinə qərar verilib.
Beş gün ərzində doqquz milyon sakinin test ediləcəyi bildirilir.