Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi atəşə tutulub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfirlik 2-3 fevral tarixlərində minaatanlardan atəşə tutulub.
Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
“Məqsəd Suriyada atəşkəs rejiminin pozmaqdır”, - XİN-in məlumatında vurğulanıb.
S.B.
www.oxu.az