Çirkli pulların yuyulmasına görə həbs edilən türkiyəli iş adamları Dilan Polat - Engin Polat cütlüyü müğənni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün Küçükçekmece Cümhuriyyət Baş Prokurorluğuna gətirilib.
Banu Parlak bununla bağlı sosial media hesabında paylaşım edib.
“Silahlı hücum hadisəsi ilə bağlı irəliləyişlər var. Eşitdiyimizə görə, ifadə vermək üçün Küçükçekmece Prokurorluğuna aparılıblar. Biz də sizlər kimi nə olacağını gözləyirik. Deməli, nəsə bir yenilik var ki, çağırıblar. Ona görə də çox xoşbəxtəm. Məsələ məxfi olduğu üçün ətraflı məlumatım yoxdur. Hər hansı məlumat gələrsə, sizlərlə paylaşacağam”, - deyə Banu Parlak paylaşımda bildirib.
Xatırladaq ki, müğənni Dilan və Engin cütlüyünü ona qarşı sui-qəsddə ittiham edib.
“Məni öldürtməyə çalışdılar. Başıma bir şey gəlsə, bunun üçün Dilan Polat və Engin Polat məsuliyyət daşıyacaqlar”, - deyə müğənni Bahçeşehirdəki gözəllik mərkəzinə edilən silahlı hücumdan sonra açıqlama verib.
Qeyd edək ki, oktyabrın 1-də gözəllik mərkəzinə gecə saat 02:00 və 05:00 radələrində iki ayrı silahlı hücum olub və iş yeri atəşə tutulub.
“Dilan Polat və Engin Polatın məni vurmaq üçün qatil tutduqları iddiaları daim gündəmdədir, lakin bunlar iddia deyil. İddia fərziyyə deməkdir, bu məsələdə isə ortada hadisəni etiraf edən şəxs var. Banu Parlak və Seyhan Soylunu vurması üçün qatil olaraq tutulmaq istənildiyini deyən bir gənc var. Mənə çörək yedirməyəcəyini deyirsən, ardınca da gecə iş yerim atəşə tutulur. Bunu edən iki dəbilqəli cavan oğlandır, mütləq tapılacaq. Buradan deyirəm, onlar tapılacaq. Bu necə dəliqanlılıqdı, boş mağazaya atəş edirsiniz”, - deyə Banu Parlak bildirib.
16:44
Çirkli pulların yuyulmasına görə həbs edilən türkiyəli iş adamları Dilan Polat və Engin Polat cütlüyü Küçükçekmece Cümhuriyyət Prokurorluğuna gətiriliblər.
Cütlük türkiyəli müğənni Banu Parlakın gözəllik mərkəzinə silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində ifadə verəcək.
Xatırladaq ki, oktyabrın 1-də türkiyəli müğənni Banu Parlakın Bahçeşehir 1-ci Hissə Təbiət Parkında yerləşən gözəllik mərkəzinə silahlı hücum olub. Hadisədən sonra Küçükçekmece Cümhuriyyət Prokurorluğu tərəfindən istintaq başladılıb.
Hadisə ilə bağlı Dilan-Engin Polat cütlüyü ilə yanaşı, Enginin atası Sezgin Polat da təhrikçi qismində ifadə vermək üçün prokurorluğa gətirilib.
Mənbə: Haber Global
Rəylər