Sərvəti 18 milyard dollar olan Dubay şahzadəsi Hamdan ibn Muhammed Əl Maktum Şeyx Məhəmməd ilə Londonda metroya düşüb.
Oxu.Az xəbər verir ki, Dubay şahzadəsi və BƏƏ əmiri Londonda xalqa yaxın olmaq istəyiblər.
Şahzadə Hamdan məhz burada elit iqtisadi kollecdə təhsil alır.
“London metrosunda”, - o, “Instagram”da paylaşdığı fotoya belə ad qoyub.
Şeyx və oğlu ənənvi geyimdən imtina etmək qərarına gələrək adi qısaqol köynək geyiblər.