Əfqanıstanın şərqində Laqman əyalətində ötən gecə baş verən partlayış nəticəsində ən azı 10 dinc sakin ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinyuxa” agentliyi məlumat yayıb.
Yerli hakimiyyətin bəyanatına görə, naməlum şəxslər yaşayış evinə iki əl qumbarası atıblar. Məlumata görə, ölən 10 nəfərin hamsı bir ailənin üzvləridir, onların arasında uşaqlar və qadınlar da var.
Hücumun motivləri məlum deyil. Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Polis araşdırma aparır.
N.O.
www.oxu.az