Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ərdoğan Azərbaycanla vacib sazişi TƏSDİQLƏDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş"i təsdiqləyib.
Oxu.Az xəbər verir ki, bu barədə sənəd "Resmi Gazete"də dərc edilib.
Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.
Məlumat üçün qeyd edək ki, sazişin əsas məqsədi miqrasiya sahəsində hər iki dövlətin müvafiq qurumları arasında birbaşa əlaqələrin qurulması, bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi, habelə vətəndaşlarımızın qarşılıqlı səfərləri, yaşamaları, eləcə də əmək fəaliyyəti də daxil olmaqla miqrasiya idarəçiliyi ilə bağlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsinə imkan yaratmaqdır.
Sənəd imzalandığı gündən qüvvəyə minib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan: "Dörd gün ərzində xalqımızı bölmək üçün hər şeyi etdilər"
- Ərdoğan: "CHP sədrinin çağırdığı küçə çıxışı olmayan dalandır"
- Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər
- Ərdoğan: "Qarabağın azad edilməsi regionda yeni səhifə açıb"
- Tokayev bir sıra dövlət başçılarını Novruz bayramı münasibətilə təbrik edib