Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Moskva və Kiyevə səfəri gələn aya planlaşdırılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyanat verib.
“Hər iki səfər gələn aya planlaşdırılıb. Tarixlər dəqiq məlum deyil”, - Kiyevdə səfərdə olan Çavuşoğlu bildirib.
O əlavə edib ki, səfərlərin tarixləri türk hakimiyyəti tərəfindən yaxın günlərdə müəyyən ediləcək.
N.O.
www.oxu.az