Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın əvvəlində Moskvaya rəsmi səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a verdiyi müsahibəsində Rusiyanın Türkiyədəki səfiri Hüseyn Dirioz bildirib.
“Prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri martın birinci yarısında gözlənilir. Bu səfər gedişatında onun Rusiya prezidenti Vladimir Putin ilə dördüncü görüşü baş tutacaq”, - diplomat bildirib.
Onun sözlərinə görə, Putin ilə söhbət zamanı Rusiya-Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üzrə addımlar müzakirə ediləcək, digər sahələrdə də ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından da söhbət gedəcək.
N.O.
www.oxu.az