Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kontraseptivlərdən (hamiləliyin qarşısını almaq üçün vasitələr, prezervativlər – red.) istifadəni dövlətə xəyanət adlandırıb, Oxu.Az Reuters-ə istinadən xəbər verir.
Siyasətçi toylarında şahid olduğu gənc ailələri ən azı üç uşaq dünyaya gətirməyə səsləyib.
“Nəsil şəcərəsinin mühüm iqtisadi və mənəvi əhəmiyyəti var”, - deyə, Ərdoğan bildirib.
Noyabrda Türkiyə prezidenti bəyan etmişdi ki, qadınlar və kişilər bərabər deyillər, feministlər isə ana olmağın əhəmiyyətini anlamırlar. 2012-ci ildə Ərdoğan abortları qadağan etməyə çalışsa da, sonradan ictimai narazılıq qarşısında niyyətindən çəkinib.