Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərə dəvətnamə alıb və o, həmin vaxt Rusiyaya getməyə çalışacaq.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Cəmil Çiçək bildirib.
“Biz dəvət almışıq, və bizim prezident ona müsbət cavab verməyə çalışacaq”, - o deyib.
Bundan başqa, Çiçək əlavə edib ki, Türkiyədə 23-24 aprel tarixlərində “xatirə tədbirləri keçiriləcək sülh sammiti gözlənilir”.
“Burada 100-dən artıq dövlət rəhbərinin iştirakı gözlənilir. Rusiya yüksək səviyyədə təmsil ediləcək”, - spiker xatırladıb.