Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətləri möhkəmləndirmək üçün ABŞ prezidenti Donald Tramp ilə görüşmək niyyətində olduğunu bildirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Cənab Tramp ilə görüşmək istəyirəm. Danışıqların əsas mövzusu Türkiyə-Amerika münasibətlərinin qiymətləndirilməsi olacaq. Strateji əlaqələr yaxşı işləyirmi? Xeyr. Biz onları təzələməliyik”, - Ərdoğan bu barədə bir qrup türk jurnalistinə Şərqi Afrika ölkələrinə səfərindən sonra bildirib.
Bundan başqa, Türkiyə prezidenti amerikalı həmkarı ilə Ankaranın keçən ilin iyulunda hərbi çevrilişə cəhddə ittiham etdiyi müxalifətçi islamçı Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək niyyətindədir.
“Biz bu məqsədə (Gülənin ekstradisiyası – red.) çatmaq istəyirik. Göndərdiyimiz 85 sənədin taleyi ilə maraqlanacağıq və araşdırma çərçivəsində daha çox sənəd göndərəcəyik”, - o deyib.
N.O.
www.oxu.az