Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana sui-qəsdin qarşısı alınıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir İstanbulda Sultanqazidə bələdiyyə binasının açılışına qatılıb.
Açılış zamanı mühafizəçilər insanların arasında əlində silah olan sui-qəsdçini aşkar edib. Polislərin onu gördüyünü başa düşən sui-qəsdçi silahını baş nazirin maşınına tərəf tullayıb. Polislər tərəfindən zərələşdirilən şəxs saxlanılıb.
Polislər sui-qəsdçinin 32 yaşlı, adı şərti olaraq F.Y. olduğunu təyin edib. Şübhəli F.Y. dindirilmək üçün Terrorla Mübarizə üzrə dövlət idarəsinə aparılıb. Haqqında araşdırma aparılan F.Y-nın əqli vəziyyətinin normal olduğu dəqiqləşdirilib.