Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın otağından çıxan dinləmə cihazlarının (böcək) foto-şəkilləri yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ştepselə yerləşdirilmiş cihazlar mikrofon, simsiz qəbuledici, antena naqili və qidalandırıcıdan ibarətdir.
Məlumata görə, böcəklərdən biri baş nazirin Ankaranın Keçiören rayonunda yerləşən iqamətgahındakı ofisindən, ştepselin içindən çıxıb.
Növbəti cihaz baş nazirin rəsmi iqamətgahında olan iş masasının altındakı ştepselin içində aşkarlanıb.
Qeyd edək ki, ilkin araşdırmalara əsasən cihazların 20 noyabr – 27 dekabr 2011-ci il tarixlərdə yerləşdirildiyi güman olunur.
Ötən həftə faktla bağlı Ərdoğanın təhlükəsizlik xidmətinin rəisi və bəzi əməkdaşları işdən çıxarılıb və onlar barəsində istintaq başladılıb.