“Çiçəklənən Ermənistan” partiyasının keçmiş sədri, sahibkar Qaqik Tsarukyan ölkənin keçmiş baş naziri Ovik Abramyanı təsis etdiyi seçkiqabağı bloka daxil etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Jamanak” qəzeti məlumat yayıb.
Məlumata görə, “Qaqik Tsarukyan bildirib ki, Ovik Abramyanla ölkə prezidenti Serj Sarkisyan, eləcə də Respublikaçılar partiyası ilə keçmiş baş nazir arasındakı mövcud münasibətə qarışmaq istəmir. Keçmiş baş nazir Ovik Abramyan hakim Respublikaçılar partiyasından istefa verib. O, partiya sədrinin müavini idi. Respublikaçılar partiyasının sədri isə Serj Sarkisyandır”, - “Jamanak” qəzeti yazır.
N.O.
www.oxu.az