Ermənistanda tələbələrin hərbi xidmətə çağırılması barədə qanun layihəsi üzərində iş artıq yekunlaşıb.
Oxu.Az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, bunu hökumət aparatının rəhbəri David Harutyunyan deyib.
O bildirib ki, Ermənistan hökuməti həftə ərzində tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsinə baxacaq.