Ermənistanda hərbi hissənin komandirinin müavini və ərzaq təminatı xidmətinin rəisi vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilərək saxlanılıb.
Oxu.Az bu barədə erməni KİV-ə istinadən xəbər verir.
Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, hərbi hissə komandirinin müavini V.Petrosyan və xidmət rəisi E.Aleksanyan vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.
Sözügedən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.
N.О.
www.oxu.az