Rusiyanın Cənub Hərbi Dairəsinin (CHD) Ermənistanda yerləşən bazasında döyüş qabiliyyətinin yüksəldilməsi üzrə təlimlər başlayıb, Oxu.Az “Novosti Armeniya”ya istinadən xəbər verir.
Məlumata görə, taktiki təlimlərə Gümrü və İrəvan qarnizonlarının bütün bölmələri cəlb olunub.
Təlimlər “Kamxud” və “Alagöz” poliqonlarında keçirilir.
Qoşunlar təlim çərçivəsində dağ şəraitində 30 və 100 kilometrlik yürüş edəcəklər, sürücülərin “ekstremal” sürücülük üzrə normativləri yerinə yetirəcəkləri qeyd olunur.