Misir Prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Donald Trampa ölkənin ən yüksək dövlət mükafatı olan "Nil" ordenini vermək qərarına gəlib.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, bu barədə Misir liderinin dəftərxanası "Facebook" hesabında məlumat yayıb.
"Misir prezidenti Əbdülfəttah əs-Sisi ABŞ liderinə münaqişələrin həllində, o cümlədən Qəzza sektorunda müharibənin dayandırılmasında oynadığı rola görə Donald Trampın töhfəsinin tanınması əlaməti olaraq "Nil" ordeni ilə təltif etmək qərarı qəbul edib", - deyə əs-Sisinin dəftərxanasının press-relizində bildirilib.