Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Falçılar, cindarlar və cadugərlər İran siyasətçilərinin xidmətində
İranda prezidentliyə namizədlərin təbliğat kampaniyasının qızğın çağında populyar "İran-vayr" saytı bu kontekstdə maraqlı bir mövzuya toxunub.
Saytda "Falçılar və cindarlar rəqib düşərgəsində: Seçki və cadugərlərin işinin çoxalması" başlıqlı məqalə dərc edilib.
"İran İslam Respublikasında prezidentliyə namizədlik səlahiyyəti qazanmış siyasətçilər seçki mübarizəsində təkcə ənənəvi üsullardan deyil, yayılan xəbərlərə görə, qələbə qazanmaq üçün cindar və falçıların xidmətindən də istifadə edirlər", - deyə məqalədə bildirilib.
Vurğulanıb ki, budəfəki növbədənkənar seçkilərdə falçıların sədası ilk olaraq prezidentliyə namizəd Əmirhüseyn Qazizadə Haşiminin seçki qərargahından ucalıb.
Qeyd edilib ki, namizədin həyat yoldaşı ilə seçki qərargahının üzvü Nasir Fəxari arasında mövcud iki falçıdan hansına üstünlük verməklə bağlı mübahisə yaşanır və digər qərargah üzvləri də bu məsələdə yekdil olmadıqları üçün iki yerə ayrılıblar.
Ətraflı "Azad İran" "YouTube" kanalının süjetində:
"İranda prezident seçkisi" teqi üzrə xəbərlər
- İranlı professor: "Prezidentlik Xameneinin xidmətçiləri arasından seçim etmək deməkdir"
- İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminin tarixi bəlli oldu
- İranda seçki bitdi: "Həkimin oğlu" türklərin dərdinə dərman ola biləcəkmi?
- Andrey Zeltın: "Pezeşkian Rəisinin siyasətini davam etdirməyəcək"
- İranda prezident seçkisinin nəticələri rəsmən təsdiqlənib