Fələstinin “Həmas” hərəkatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra üçüncü “intifada”nın başlanıldığını elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu deyib.
“ABŞ-a qərarının ləğvi üçün təzyiq göstərmək və etirazları davam etdirmək məqsədilə üçüncü “üsyan”ın başlandığını açıqlayırıq. Qəzza zolağında “intifada”nın başlanılması ilə əlaqədar etiraz aksiyaları çoxalıb. Bu üçüncü “intifada”dır, -Alkanu bəyan edib.
S.B.
www.oxu.az