Filippində 6 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.
Bildirilib ki, zəlzələnin episentri 189 mindən çox əhalisi olan Panalanoy şəhərindən 71 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı isə 73 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami xəbərdarlığı edilməyib.
Qaynar xətt:
(055) 224 12 12