“Abu Sayaf” terror təşkilatının yaraqlıları Filippinin cənubunda Vyetnam gəmisinə hücum ediblər. Hücum nəticəsində bir dənizçi ölüb, yeddi dənizçi isə oğurlanıb, bu haqda Filippinin sahil mühafizəsi məlumat yayıb.
25 Vyetnam vətəndaşının olduğu “Giang Hai” gəmisinə hücum bazar günü axşam saatlarında Baquan adasının sahilində baş verib. Sahil mühafizə xidmətinin əməkdaşları və HDQ əsgərləri 17 Vyetnam dənizçisini xilas edə biliblər, Reuters agentliyi bildirib.
Yaraqlıların təqibi davam edir, bunu sahil mühafizə xidmətinin nümayəndəsi Armand Balilo bildirib.
Qruplaşmanın yaraqlıları dəfələrlə Filippin, Malayziya, İndoneziya və digər ölkələrin vətəndaşlarını girov götürüblər. Bir qayda olaraq girovların azad edilməsi üçün pul tələb edilir, amma girovların öldürüldüyü hallar da olub.
N.О.
www.oxu.az