“Fox News” telekanalının aparıcısı Hizer Nauert ABŞ-ın Dövlət Departamentinin mətbuat xidmətinin yeni rəhbəri təyin edilib. O, bu postda Mark Toneri əvəz edəcək.
Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, təyinat barədə sərəncam Dövlət Departamentinin rəsmi saytında dərc edilib.
“Bloomberg”in məlumatına görə, daha öncə Dövlət Departamentinin mətbuat katibi vəzifəsini icra edən Mark Toner mütəmadi brifinqlər aparırdı. Brifinqlər iki aydan çox çəkən fasilədən sonra martın 6-da yenidən bərpa edilib.
Xatırladaq ki, Nauert ABŞ administrasiyasında işə götürülən ikinci “Fox News” əməkdaşıdır. Onun həmkarı, telekanalın BMT-dəki sabiq müxbiri Conatan Vaktel ABŞ-ın təşkilatda daimi nümayəndəsi Nikki Heylinin yanında mətbuat katibi postuna təyin edilib.
N.О.
www.oxu.az