Fransada növbəti prezident seçkisi iki turda - 2027-ci il aprelin 18-də və mayın 2-də keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa hakimiyyəti bu qərarı hökumətin həftəlik iclasından sonra rəsmən elan etməlidir.
Prezident seçkisinin ikinci turu hazırkı dövlət başçısı Emmanuel Makronun səlahiyyət müddətinin başa çatmasına 12 gün qalmış keçiriləcək.
Fransa qanunvericiliyinə əsasən, Emmanuel Makron ardıcıl ikinci prezidentlik müddətini icra etdiyi üçün 2027-ci il seçkisində yenidən namizədliyini irəli sürə bilməz.